"Qarabağ" müzakirəsi gündəm yaradan bu yeniliyi dəstəkləmədi, 2 klubdan dəstək aldı

6 Fevral 2024 13:00 Qarabağ 2 539
"Qarabağ" müzakirəsi gündəm yaradan bu yeniliyi dəstəkləmədi, 2 klubdan dəstək aldı

Növbəti mövsüm Premyer Liqada legioner limitinin dəyişməsi sual altına düşüb.

Redaksiyamıza verilən məlumata görə, «Qarabağ» limitin 7+4-dən 8+3-ə çevrilməsinin əleyhinədir.

Ağdam təmsilçisi bununla bağlı mövqeyini Klublar Komitəsinin son iclasında elan edib. «Köhlən atlılar» düşərgəsində kifayət qədər milli oyunçunun olmasını əsas gətirib.

«Qarabağ» tərəfi bildirib ki, ölkədə «yığma hovuz»u zatən balacadır və legionerlərə qoyulan məhdudiyyət bir qədər də yumşaldılsa, respublikanın əsas komandasının formalaşdırılmasında daha ciddi problemlər əmələ gələcək.

Çemponla yanaşı, «Zirə» və «Turan Tovuz» da limitin dəyişdirilməsinin əleyhinə fikirlər səsləndirib.

Bununla belə, məsələnin istənilən halda AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılması gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti