
"Fənərbağça" hücumçu axtarışındadır.
İstanbul təmsilçisi "Neftçi"nin sabiq forvardı Mateus Saldanya ilə maraqlanır.
Hazırda "Partizan"da çıxış edən braziliyalı legionerin menecerləri ilə danışıqlar davam edir.
Lakin agentlər "sarı lacivərtlilər"ə başqa variant təklif ediblər. Söhbət "Qarabağ"ın forvardı Olavio Juninyodan gedir. Məlumatı "Fotospor" nəşri yayıb.
"Şaveş"dən mövsümün əvvəlində transfer edilən hücumçu tez zamanda komanda adaptasiya oldu. 27 yaşlı forvardın 34 matçda 19 qol vurub, 4 məhsuldar ötürmə etməsi İstanbul nəhənginin diqqətini çəkib.//Offsideplus.az