“Uşaqlıq arzumu reallaşdırmaq üçün “Qarabağ”a gəldim”

6 Fevral 2024 10:40 Qarabağ 1 024
“Uşaqlıq arzumu reallaşdırmaq üçün “Qarabağ”a gəldim”

“Mənə təqdim olunan layihəyə və Çempionlar Liqasında oynamaq kimi uşaqlıq arzumu reallaşdırmağa görə “Qarabağ”a gəldim”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın forvardı lavio Juninyo “ojogo.pt” saytına açıqlamasında deyib.

2023-cü ilin yayında Portuqaliyanın “Çaves” klubundan transfer olunan braziliyalı hücumçu kollektivə tez uyğunlaşdığını bildirib:

“Çempionlar Liqasında oynamasaq da, Avropa Liqasında mübarizə aparırıq. Özümü tamamlanmış hiss edirəm.

Buradakı çıxışım uğurludur. Çünki komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Hər şey münasibətdən irəli gəlir.

Qısa müddətdir Azərbaycanda olmağıma baxmayaraq, yaxşı uyğunlaşdım.

Riçard Almeydanın uzun illərdir burada olması işimi asanlaşdırdı. Mənə köməyinə görə ona minnətdaram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti