Dostu istədi, Qurban Qurbanov bu kampaniyaya qoşuldu - VİDEO

5 Fevral 2024 14:00 Qarabağ 1 183
Dostu istədi, Qurban Qurbanov bu kampaniyaya qoşuldu - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.

51 yaşlı mütəxəssis etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb.

Q.Qurbanov bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.

AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.

Qurban Qurbanov gerçəkdən xoş bir missiyaya üstlənib. Bu nəcib təşəbbüsdən dolayı onu təbrik etmək olar.

Azərbaycanın ən yaxşı məşqçisinin AQTA ilə münasibətlərinin illər əvvələ gedib çıxdığını da söyləyək. O,Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə yaxın dostdur.

Təhməzli futbol azarkeşidir və «Qarabağ»ın oyunlarına həmişə böyük maraq göstərir, tez-tez stadiona gəlir.

Qurbanov nadir hallarda futboldankənar şəxslərlə görüş keçirir və söhbətləşir, AQTA-nın sədri də onlardan biridir.

Ağdam klubunun çalışdırıcısının bu kampaniyaya qoşulması ideyası da Təhməzliyə məxsusdur. Qəklif edib, Qurbanov da razılaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti