"Qarabağ" müşahidəm - Yayda bıtsılarını mıxdan as, kapitan!

4 Fevral 2024 20:25 Qarabağ 1 477
"Qarabağ" müşahidəm - Yayda bıtsılarını mıxdan as, kapitan!

«Qarabağ»ın qələbə seriyası Bayılda da davam etdi.

İlk dövrədə buradan məğlub ayrılmışdılar.

Dünən eyni - 2:1 hesabıyla buradan qalib ayrıldılar.

Cavid Cəlilov dönüşündə yenə «Qarabağ»ın oyununa təyinat aldı. Dekabrın 24-də «Zirə» ilə keçirilən qarşılaşmada «Qarabağ»dan Elvin Cəfərquliyevlə Julio Romaoya qırmızı vərəqə göstərmədiyinə görə cəza alan referi bu dəfə də diqqət mərkəzinə düşdü.

Dörd penalti təyin etməklə - üçü qonaqların, biri ev sahiblərin lehinə.

Doğru elə doğrudur: Cəlilov verdiyi qərarların hamısında haqlı idi.

Bayılda üç qol vuruldu, hamısı da penaltidən. Açığı, ikinci belə bir oyun xatırlamıram.

Bəlkə də çox illər öncə olub, amma mən onu da yadıma sala bilmirəm.

«Qarabağ»ın bütün fikri Avropa Liqasının pley-off mərhələsindədir. Qurban Qurbanov gecə-gündüz yalnız «Braqa»nı düşünür.

Əsas heyətdə üç-üç rotasiyaya əl atması da bundan irəli gəldi. Zubir, Silva və Yankoviçə bir qədər artıq istirahət imkanı yaratdı.

Hər şey öz yerində, Kevin Medinanın yeri yenə göründü. İsveçdə avğır zədə almış və əməliyyat olunmuş kolumbiyalının yoxluğu ötən müddət ərzində ən çox Bayılda hiss olundu.

Müdafiə xətti etibarlı təsir bağışlamadı.

Mövqe səhvlərinə çox yol verdilər. Kapitan Maksim Medvedevə səmimi qəlbdən məsləhət görərdim ki, yayda butsılarını mıxdan assın.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti