"Qarabağ"ın legioneri Patrik Andradenin formasının geyindiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Cənubi Afrika ilə qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb - 0:0. Penaltilər seriyasında isə Cənubi Afrika yığması daha dəqiq olaraq (2:1) yarımfinala yüksəlib.
Matçın 65-ci dəqiqəsində meydana daxil olan Andrade sonuncu penaltidən yararlana bilməyib.
Onun zərbəsini rəqib qapıçı Ronven Uilyams dəf edib. Matçın qəhrəmanına çevrilən qapıçı buna qədər isə Kabo-Verde millisinin 3 penaltisinin qola çevrilməsinə imkan verməyib.
Yarımfinalda Cənubi Afrika Nigeriya ilə, Kot-d'İvuar isə Konqo Demokratik Respublikası yığması ilə qarşılaşacaq. Oyunlar fevralın 7-də keçiriləcək.

