Qurban Qurbanov “sağ əl“ini bu ölkəyə göndərdi ki…

4 Fevral 2024 22:05 Qarabağ 1 660
Qurban Qurbanov “sağ əl“ini bu ölkəyə göndərdi ki…

“Qarabağ”ın məşqçisi Yanuş Vasilyev baş məşqçi Qurban Qurbanovun təlimatı ilə Braqa şəhərinə gedib.

Sportinfo.az xəbər verir ki, video-analitik məşqçi olan Vasilyev bu gün Portuqaliya Premyer Liqasının 20-ci turunun “Braqa” - “Moreirense” matçını stadiondan canlı izləyəcək.

Oyun Bakı vaxtı ilə gecə saat 00:30-da başlanacaq.

“Braqa” hazırda yerli liqada 4-cü yeri tutur. Onlar Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidirlər.

Bu komandalar arasında ilk matç fevralın 15-i Braqada, cavab görüşü həmin ayın 22-si Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti