"Qarabağ”ın qapıçısını icarəyə götürmək niyyətindədir – Bu ölkənin çempionu

11 Aprel 08:20 Qarabağ 1 367
"Qarabağ”ın qapıçısını icarəyə götürmək niyyətindədir – Bu ölkənin çempionu

"Qarabağ”ın qolkiperi, Gürcüstan millisinin heyətində Avropa çempionatının final mərhələsində çıxış edəcək Luka Quqeşaşvili komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən gürcü qapıçı daha çox oynamaq üçün onunla maraqlanan komandaların variantını götür-qoy etmək istəyir.

Məlumata görə, Quqeşaşvilinin xidmətində maraqlı olan əsas komandalardan biri Batumi “Dinamo”sudur. Gürcüstan çempionu yayda Quqeşaşvili icarəyə götürməyi planlaşdırır.

24 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Luka özü də, daha çox oynamaq niyyətindədir.

Gürcüstan millisinin üzvü “Dinamo”(Tbilisi), “Yagelloniya”, “Dila”, “Rekre Qranada” komandalarında oynadıqdan sonra 2022-ci il iyulun 1-də “Qarabağ”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU