“Qarabağ” rəhbərliyi ilə razılaşdı - Birillik kontrakt

14:40 Qarabağ 3 932
“Qarabağ” rəhbərliyi ilə razılaşdı - Birillik kontrakt

Millinin qapıçısı Şahruddin Məhəmmədəliyevin gələn mövsümə harada başlayacağı artıq dəqiqləşib.

O, daha 1 il «Qarabağ»ın formasını geyinəcək.

Ötən ilin yayında «Adana Demirspor»dan bura qayıtmış kiper rəhbərliklə görüşərək, sözləşməsinin yenilənməsinə razılıq verib.

Özü də klubun istədiyi şərtlər daxilində. Başqa sözlə, «Şah»ın ödəməsi olduğu kimi saxlanılıb.

Dağıstanlı «əlcək sahibi» ötən mövsüm əsas heyətdə möhkəmlənə bilməyib. Əlindən ciddi zədə aldığı üçün sezonun əhəmiyyətli hissəsini kənardan izləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti