“Qarabağ”dan Azərbaycan pasportu daşıyan iki nəfərə aid YEKUN QƏRAR!

7 May 13:00 Qarabağ 3 225
“Qarabağ”dan Azərbaycan pasportu daşıyan iki nəfərə aid YEKUN QƏRAR!

«Qarabağ»da iki yaşlı oyunçu ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.

Azərbaycan pasportu daşıyan iki dağıstanlı növbəti mövsümü də Ağdam təmsilçisində keçirəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Bədavi Hüseynov və Şahruddin Məhəmmədəliyevin burada qalacağı dəqiqləşib.

Gələn sezondan Premyer Liqada legioner limiti ləğv olunsa da, Qurban Qurbanov yerli statuslu bu oyunçuların xidmətindən imtina etmək istəməyib.

Baş məşqçi onların uzun müddətdir komandaya xidmət göstərməsini nəzərə alıb. İşin qalan şissəsi isə adıçəkilən qapıçı və müdafiəçinin özündən asılıdır.

Yəni ki, əsas heyətə düşmək uğrunda rəqabətə davam gətirməsələr, ehtiyat skamyada «növbə çəkəcəklər».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti