
“Qarabağ”ın Monteneqro millisində çıxış edən futbolçusu Marko Yankoviçin Ermənistanla keçirilən yoxlama matçında (2:2) iştirak etməməsi ilə bağlı xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun digər oyunçusu Marko Veşoviç 63-cü dəqiqədə, “Neftçi”nin futbolçusu Edvin Kuç isə 78-ci dəqiqədə Monteneqro millisinin heyətində meydana daxil olublar.
Yankoviçin matçın iştirak ərizəsində yer almaması, onun zədəli olub-olmaması sual doğurub.
“Qarabağ” klubundan isə qol.az-a bildirilib ki, yarımmüdafiəçinin heç bir zədəsi yoxdur, ancaq ola bilər ki, millinin baş məşqçisi Robert Prosineçki Yankoviçə ağır mövsümdən sonra istirahət vermək üçün onun adını iştirak ərizəsinə salmayıb.