“Qarabağ”lı qol vurdu, məhsuldar ötürmə verdi, məğlubiyyətdən xilas etmədi - VİDEO

11 İyun 02:10 Qarabağ 1 042
“Qarabağ”lı qol vurdu, məhsuldar ötürmə verdi, məğlubiyyətdən xilas etmədi - VİDEO

"Qarabağ"ın legioneri Yassin Benzia Əlcəzair yığmasında uğurlu oyun keçirib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu İsveçlə qarşılaşmada bir qol və bir ötürmə ilə yadda qalıb.

Solna şəhərində keçirilən qarşılaşmaya Yassin ehtiyatda başlayıb. Baş məşqçi Benziaya hesab 0:4 olarkən şans verib.

O, meydana daxil olduqdan 4 dəqiqə sonra Bennaserə ötürmə verib, 11 dəqiqə sonra isə özü fərqlənib. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qurtula bilməyib - 3:4.

2023-cü ilin yanvarından "Qarabağ"da oynayan Benzianın komandanı tərk edəcəyi gözlənilir. Hələlik, tərəflər bununla bağlı rəsmi açıqlama yaymayıblar.

Digər Xəbərlər
Xəbər Lenti