“Qarabağ” milliyə yollanan əcnəbiyə son xəbəri göndərdi - GERİ QAYITMA

10 İyun 13:00 Qarabağ 7 367
“Qarabağ” milliyə yollanan əcnəbiyə son xəbəri göndərdi - GERİ QAYITMA

Hazırda Monteneqro yığmasının düşərgəsində yer alan Marko Veşoviç Azərbaycana geri dönməyəcək.

Bu barədə saytımıza «Qarabağ»dan bildirilib.

Klubdan redaksiyamıza verilən məlumata görə, adıçəkilən müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

33 yaşlı legioner artıq bundan xəbərdardır.

Balkanlı cinah oyunçusu 2021-ci ildən «köhlən atlar»ın şərəfini qoruyurdu. Ötən müddətdə 60-dan çox matçda forma şansı qazanan Marko bəlkə də daha 1-2 il burada qalardı.

Di gəl, axır mövsümlərdə adığı ardıcıl xəsarətlər Qurban Qurbanovun qərarını dəyişdirib. Baş məşqçi xroniki zədələrdən əziyyət çəkən yaşlı oyunçuyla bağlı riskə getmək istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti