"Mən buna fikir vermirəm, böyüdüləsi bir şey yoxdur" - Qurban Qurbanov

8 Aprel 09:00 Qarabağ 619
"Mən buna fikir vermirəm, böyüdüləsi bir şey yoxdur" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyov haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, rusiyalı qolkiperin meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsi ilə bağlı deyib:

"Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm.

Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub.

Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır".

Digər Xəbərlər
Xəbər Lenti