“Qarabağ”la vidalaşdı: “Söz tapmaqda çətinlik çəkirəm”

13 İyun 00:30 Qarabağ 660
“Qarabağ”la vidalaşdı: “Söz tapmaqda çətinlik çəkirəm”

Xəbər verdiyimiz kimi, Yassin Benzia "Qarabağ" klubu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi sosial şəbəkədən "Qarabağ"a vida paylaşımı edib:

"Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur.

Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm.

Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım.

Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq…

Sadəcə, hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız".

Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. O, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!