"Qarabağ" qələbəyə layiq idi" - Berdıyevdən etiraf

21 Oktyabr 2021 23:25 Qarabağ 1 132
"Qarabağ" qələbəyə layiq idi" - Berdıyevdən etiraf

“İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Kayrat”ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis "Qarabağ"ın daha yaxşı oynadığını etiraf edib: “Atmosfer kifayət qədər yaxşı idi. Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm”.

Berdıyev bugünkü oyundan sonra qrupdan çıxmaq şanslarının az olduğunu, ancaq mübarizəni davam etdirəcəklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı