İlkin Fikrətoğlu: “Qarabağ"ın təcili həll etməli olduğu PROBLEMLƏR - VİDEO

16:00 Qarabağ 753
İlkin Fikrətoğlu: “Qarabağ"ın təcili həll etməli olduğu PROBLEMLƏR - VİDEO

Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.

“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.

“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.

10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.

Hər mövsümöncəsi medianı əsasən bu sual maraqlandırır – “Qarabağ”a rəqabətədavamlı rəqib olacaqmı? Əslində, bu əzəli rəqabət “Neftçi”nin boynuna bicilib.

“Neftci” də, bildiyiniz kimi, axır illərdə yox kimidir. Yaxın keçmişdə “Qəbələ” və “Sabah”ın timsalında “Qarabağ”la çempionluq yarışına girişən koamndalaır görmüşük.

Bu il isə “Zirə” və “Araz-Naxcıvan” “Qarabağ”a “əlcək” atmağa çalışdı və .. eləcə çalışdı. Yekunda isə yenə qızıl medallar “Qarabağ”ın oldu.

Keçənilki kimi sona 8 tur qalmış olmasa da, finişə 4 oyun qalanda çempionlunu elan etdi. Hərçənd “Qarabağ” əvvəlki mövsümlərə nisbətdə rəqibləri qarşısında dəhşətli dərəcədə əzəmətli görünmürdü.

Düzdür, cempionata 3 ardıcl qələbə ilə başladılar. “Qarabağ”ın 4-cü tuda öz evində “Turan Tovuz”a uduzması əkəriyyət ucun sürpriz oldu.

Bu məğlubiyyətn heyfini çempion digər komandalardan çıxdı.

Qurban Qurbanov sanki turnir cədvəlini qarşısına qoyub, sra ilə rəqiblərinin “dərs”ini verdi - ardıcıl 7 qələbə və yenə “Turan Tovuz”a çatanda “Qarabağ”ın seriyası qırıldı. Bu dəfə qolsuz hec hecə!

Ümumiyyətlə, “Turan Tovuz”un bu mövsümdə ən böyuk uğuru çempion komandanı 2 dəfə məğlub edib, bir dəfə heç-heçə oynaması oldu. Yəni, tovuzlular “Qarabağ”la 4 oyunda 12 mümkün xaldan 7-sini qazandı.

“Turan Tovuz”la yanaşı, “Sabah” da “Qarabağ”a 4 çempionat matçından yalnız birində uduzdu. Demək, “Sabah”ın kubokun finalındakı qələbəsi təsadüfi və ya hakim hesabına qazanılmayıb.

Bu mövsüm “Qarabağ”dan ən çox xal hər iki komandanın baş məşqçisi Rusiya fiutbolundan gələnlərdir - Kurban Berdıyev və Vasili Berezutski.

Görünür, rus məşqçilər bizim mütəxəssislərdən fərqli, Qurban Qurbanovun oyun üslubunu, taktikasını daha yaxşı çözüb.

Yerli məşqçilərdən isə Rəşad Sadıqovun “Zirə”si çempionat matçında. Elmar Baxşıyevin “Araz- Naxcıvan”ı da kubokun ilk yarımfinal oyununda Qurbanovun komandasını məğlub edib.

Çempion olsa belə, “Qarabağ”ın təcili həll edilməli vacib problemləri var.

Bədavinin təqaüdə hazırlaşdığını, 32 yaşlı Medinanın bəzən sürətdə çatdırmadığını, Bəhlulun eyni səviyyədə stabil oynamadığıı nəzərə alsaq, komandaya divar kimi keçilməz mərkəz müdafiəçisi lazımdır.

“Qarabağ”la maaş davas edən Benzia, demək olar ki, yol üstədir. Qalsa belə, o, qışda “Ferentsvaroş”a yollanan Romaonun orta xəttdəki mövqeyində uğurlu ola bilmədi.

Hücumda da Nəriman və Musayla uzağa getmək olmaz. 15 qolla mövsümün bombardiri olan Leandro Andradenin formada olması əladır.

Kadinin də qayıdışı yerinə düşüb. Dönüşü uğurılu alınıb. Amma yenə sırf Juninyo tipində bir hücumçuya ehtiyac var.

Yoxsa bu heyətlə Avropada “Qarabağ”a çox çətin olacaq.

Juninyo demişkən, yanvarda onun “Flamenqo”ya keçidi ilə Azərbaycan futbol tarixində oyunçu satışından ədə edilən qazanc rekordu təkrarlandı.

İki il əvvəl Kadinin “Krasnodar”a transferində olduğu kimi, Juninyonun gedişindən də “Qarabağ” 5 milyon avro qazandı. Bu da klubun tıkcə meydanda deyil, kənarda da işini, siyasətini uğurla qurmasından xəbər verir.

“Qarabağ” Azərbaycan futbolunda ən yüksək büdcəyə sahib komandadır.

Avropa turnilərində qazandığı vəsait hesabına büdcəni 34 milyon 753 min manata çatdıran Ağdam təmsilçisi bu “xəzinə” və heyətlə çempion olmasıydı, uğursuzluq sayılacaqdı.

Nəticə xərclənən vəsaitə bəraət qazandırırsa, demək, hər şey məntiqəuypundur. Sadəcə, indi pul xərcələyib, avrokuboklara hazırlaşmaq lazımdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti