
"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirinin qalibi olub.
Həmyerlilərimiz Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.
İki cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqlənib.
Qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.
Çempion komanda Bakıda böyük coşquyla qarşılanıb. Futbolçuların ailə üzvləri və yaxınları hava limanına axın edib.
Yaranan mənzərə göz oxşayıb. Balaca futbolçular bu qələbəlikdə özlərini itirməyiblər, hallarından məmnun görünüblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN