
Bu gün “Qarabağ”ın işğaldan azad olunan Qarabağ bölgəsinə səfəri başlayıb.
səfərdə klub rəhbərliyi, məşqçilər, futbolçular və Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak edirlər.
Əvvəlcə “Qarabağ” təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına yollanıb. Komanda Füzulidən əvvəlcə Şuşa şəhərinə gedəcək. Burada onlar yerli sakinlərlə görüşəcəklər. Daha sonra Xankəndi şəhərindəki Qarabağ Universitetində görüş nəzərdə tutulub.
Bundan sonra klub üzvləri Ağdam şəhərinə səfər edəcəklər. Ağdamda
“Qarabağ” klununun üzvləri işğal dövrünə qədər komandanın ev oyunlarını keçirdiyi “İmarət” tarixi kompleksini ziyarət edəcək, rayona köçmüş yerli sakinlərlə görüşəcək.
“Qarabağ”;n Qarabağ turu Füzuli şəhərində yerli sakinlərlə görüşlə başa çatacaq.