O, Azərbaycan futbolunda 3 dəqiqəyə hər şeyi alt-üst etdi - FOTO

28 Aprel 2021 13:40 Qarabağ 772
O, Azərbaycan futbolunda 3 dəqiqəyə hər şeyi alt-üst etdi - FOTO

"Qarabağ";n futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ən sürətli het-trik müəllifi olub.

O, Premyer Liqada XXIV turun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006 mövsümünün 2006-cı il martın 11-də keçirilmiş matçında fərqlənib.

Nəbiyev “Neftçi”nin MOİK-lə ev qarşılaşmasında (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

2018/2019 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"