“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “Liverpul”un cari mövsümdəki transfer siyasətini uğursuz adlandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, mövsümün əvvəlində “Liverpul”un çempionluq uğrunda əsas favoritlərdən biri sayıldığını xatırladıb:
“Onları ya birinci, ya da ikinci yerə qoyurduq. Ceremi Frimponqla Trent Aleksander-Arnoldun yerini doldurmaq, Miloş Kerkezlə isə Endryu Robertsonu əvəzləmək istəyirdilər.
Həmçinin Məhəmməd Salahın əvvəlki mövsümdəki səviyyəsini təkrarlayacağı gözlənilirdi. Onlar düşünürdülər ki, Huqo Ekitike və Aleksander İsak birlikdə 60 qol vuracaq,
Florian Virts isə sol cinahdan mərkəzə keçərək böyük fərq yaradacaq. Amma bu planlar işə yaramadı.
Transfer siyasəti uğursuz oldu, üstəlik zədələr də vəziyyəti çətinləşdirdi. Yalnız Ekitike istisna olmaqla, yeni transferlərin əksəriyyəti komandaya uyğunlaşa bilmədi”.
“Qırmızılar” Premyer Liqada keçirdiyi 35 turdan sonra hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

