
Patrik Andradenin "Qarabağ"dakı taleyi bəlli olub.
Kabo-verdelinin komandada ayrılmaq ehtimalı var idi, amma….
Ağdam klubu adıçəkilən legionerlə yoluna davam etməyi lazım bilib. Baxmayaraq ki, yarımmüdafiəçinin bu sezon əsas heyətə düşmək uğrunda mübarizədə bəxti bir o qədər gətirməyib.
Amma "Qarabağ" onunla müqavilə müddətini 1 illik artırmaq haqqından istifadə edib.
Tərəflərin bu yöndə danışıqları qısa sürüb - afrikalı baş məşqçi Qurban Qurbanovun fikrini bilincə, təşəkkür etməklə masa arxasından ayrılıb.
Patrik bu barədə menecerləri də məlumatlandırıb. Klubunu dəyişməyəcəyini, ona gələn bütün təklifləri kənara qoyacağını, ilk «11-lik»dəki yerini geri qaytarmaq üçün səylə çalışacağını söyləyib.
Onun "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Orta sahə oyunçusu 2023-cü il iyulun 15-də "Partizan"dan bura geri qayıtmışdı.
SPORTİNFO.AZ