"Qurban Qurbanovla üz-üzə gələndə, bunu mütləq soruşacam" - VİDEO

2 Mart 2021 17:00 Qarabağ 756
"Qurban Qurbanovla üz-üzə gələndə, bunu mütləq soruşacam" - VİDEO

"İllər keçdikcə "tiki-taka" üslubundan geri çəkilən komandaların sayı artır.

Çünki müasir futbol nəticə, müvafiq olaraq qazanc üzərində qurulub".

Sportinfo.az xəbər verir ki, bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, "Qarabağ"ın Premyer Liqa oyunlarında ona qarşı qapanan komandaların müdafiə xəttini yarmağa çətinlik çəkməyə başladığını bildirib:

"Daha əvvəlki illərdəki kimi topa kim nə qədər nəzarət elədi, kim daha baxımlı oynadı tendensiyası dəyişməkdədir.

Azərbaycanda "Qarabağ"ın simasında bu romantik futbol stili hələ də yaşayır, amma get-gedə nəticə qazanmaq da çətinləşir. Çünki hamı "Qarabağ"a qarşı qapanır.

Görəsən, Qurban Qurbanov uzun illərdir sadiq olduğu oyun tərzini dəyişmək barədə düşünübmü? Qurban Qurbanovla üz-üzə gələndə, bunu mütləq ondan soruşacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -