
“Süni qazon futbolda ən böyük problemlərdən biridir.
Zədə amili də çox vaxt bunlardan qaynaqlanır.
Oyunun sürətinə, keyfiyyətinə də təsirsiz ötüşmür. Qurban Qurbanovun “Barselona”ya səfərindən sonra diqqət çəkdiyi məqam meydança amili və burada yetişən uşaqlar idi.
Təsəvvür edin, əsas komanda hansı sistemlə oynayırsa, aşağı yaş qruplarında da eynidir.
Əsas komandaya gəldikdə həmin uşaq sistemdə əziyyət çəkmir. Bu detal çox önəmlidir, inkişaf etmək, bax, budur”.
Bu açıqlama “Sportinfo TV”nin canlı efirində səsləndirilib..
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Futbol manşet” verilişində aşağı yaş qruplarında tətbiq edilən oyun sistemləri barədə danışıb, süni qazon amilinin futbola gətirdiyi çətinlikdən bəhs ediblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN