"Qarabağ" kisənin ağzını açıb, yeni transferlər etməsə… VİDEO

29 May 13:00 Qarabağ 1 523
"Qarabağ" kisənin ağzını açıb, yeni transferlər etməsə… VİDEO

“Keyfiyyətli futbolçu transfer etmək istəyirsənsə, kəsənin ağzını açmalısan.

Dünya futbolunda hazırda yüz milyonıar fırlanır.

Avrokuboklarda Çempionlar Liqasının əsas mərhələsini hədəfləyirsənsə, 700-800 min avrodan keçməlisən.

“Qarabağ” pul xərcləməlidir.

İyul ayında heyət formalaşdırmaq komanda üçün baha başa gələ bilər. Transferlər tez edilməlidir ki, bir neçə aya adaptasiya problemini aşa bilsin”.

Bu açıqlama “Sportinfo TV”nin canlı efirində deyilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Futbol manşet” verilişində “Qarabağ”ın transfer siyasəti barədə danışıb, potensial keçidlərin zamanında edilməsinin vacibliyini vurğulayıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti