Azərbaycanda baş məşqçi köməkçisini məşqin ortasında komandadan QOVDU! - SON DƏQİQƏ

15 Aprel 17:40 Qalmaqal 2 690
Azərbaycanda baş məşqçi köməkçisini məşqin ortasında komandadan QOVDU! - SON DƏQİQƏ

II Liqada çıxış edən «Şəmkir»də ayrılıq yaşanıb.

Baş məşqçi Vüqar Nadirov köməkçisi Fərid Əliyevi komandadan uzaqlaşdırıb. Hadisə hazırlıq prosesinin gedişində qeydə alınıb.

Ötən ilin noyabrında qərb təmsilçisinin sükanı arxasına keçmiş mütəxəssis yardımçısının verdiyi tapşırıqları könülsüz şəkildə icra etməsindən əsəbiləşərək, onu buradan kənarlaşdırıb.

Nadirov futbolçularla söhbətində adıçəkilən şəxsin bir daha onlarla işləməyəcəyini bildirib.

«Şəmkir» II Liqanın arxada qalan 20 turunda 35 xal toplayıb.

Çempionlar Liqasında mərhələ adlamış ilk Azərbaycan klubu kimi tarixə düşmüş «ağ-qırmızılar» hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar