"Bu sualı verməyiniz necə hörmətsizlik etdiyinizi göstərir" - ƏSƏBİ REAKSİYA

31 Dekabr 2021 00:10 Problem 975
"Bu sualı verməyiniz necə hörmətsizlik etdiyinizi göstərir" - ƏSƏBİ REAKSİYA

“Ayaks”ın futbolçusu Sebastyan Haller Afrika Millətlər kubokunda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hücumçu “Afrika Millətlər kubokuna gedəcəksizmi” sualına belə cavab verib:

“Klubda qalmağı, yoxsa Afrika Millətlər kubokuna getməyi seçərdim? Bu sualı verməyiniz Afrikaya qarşı necə hörmətsizlik etdiyinizi göstərir.

Avropada oynayan bir futbolçuya Avropa çempionatı ilə bağlı belə sual verirsiz? Əlbəttə, Afrika Millətlər kubokunda iştirak edəcəm”.

Haller Fil Dişi Sahili milli komandasının üzvüdür. O, bu mövsüm “Ayaks”la 24 oyunda 22 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti