O, saxtakardır! Transferləri sadəcə özü üçün edir"

30 Dekabr 2021 12:20 Problem 1 140
O, saxtakardır! Transferləri sadəcə özü üçün edir"

Moskva “Lokomotiv”inin keçmiş prezidenti Olqa Smorodskaya “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Ranqniki saxtakar adlandırıb:

“Ranqnikin bir sistemi yoxdur. Sadə düşüncələrə sahibdir. Bizim düşüncəmiz futbolçuları ucuz alıb, baha satmaqdır.

Amma Ranqnikin aldığı heç bir futbolçu dəyərindən baha qiymətə satılmayacaq. O, transferləri sadəcə özü üçün edir. Ranqnik bir saxtakardır”.

Ranqnik 2021-ci ilin iyulundan noyabrına kimi “Lokomotiv” klubunda direktor vəzifəsində çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti