UEFA prezidenti deyir ki…

30 Dekabr 2021 10:20 Problem 708
UEFA prezidenti deyir ki…

UEFA prezidenti Aleksandr Ceferin hesab edir ki, Belarus Futbol Federasiyasının bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə heç bir bağlılığı yoxdur.

Sportinfo.az xəbər verir ki, Ceferin bu barədə jurnalistlərin suallarını cavabalandırarkən deyib.

O, 2025-ci ildə Belarusda keçirilməsi planlaşdırılan 19 yaşa qədər qızlar arasında Avropa çempionatına ev sahibliyinin bu ölkədən alınması ilə bağlı məsələyə də konqresdə baxılacağını vurğulayıb:

“Lukaşenkonu federasiya ilə heç nə bağlamır. UEFA-nın sanksiyaların tətbiqi və Belarusdakı turnirin ləğvi ilə bağlı qərar qəbul etməsi üçün konkret vaxt çərçivəsi yoxdur. Bu məsələ gələn ilin mayında Vyanada keçiriləcək UEFA Konqresinə qədər müzakirə olunacaq.

Belarusda demokratiya ilə bağlı məsələ indiki səviyyədə qalsa, onda qızlar arasında Avropa çempionatının bu ölkədə keçirilməsi qətiyyən mümkün olmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti