"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

23 Dekabr 2021 15:40 Problem 1 363
"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

PSJ-nin sabiq futbolçusu Jerom Roten Mauro İkardinin üzləşdiyi situasiya haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Roten İkardinin futbolu arxa plana atdığını bildirib.

O, argentinalının PSJ-ni tərk etməli olduğunu da vurğulayıb:

“İkardi yalnız öz şəxsi həyatı haqda düşünür. Həyat yoldaşı ilə yaşananlar əsl qalmaqal idi.

Mauro daha futbolçu deyil, o, meydanda yoxdur. Ayda 1 milyon avro məvacib alır,amma klubun imicinə vurulan zərbə haqda qətiyyən düşünmür.

İkardi indi Parisdə xoşbəxt deyil. Hesab edirəm ki, PSJ-dən ayrılmalıdır. Özü də bu ayrılıq nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti