Azərbaycan millisinin baş məşqçisi indi də deyir ki...

11 Avqust 2024 03:20 Paris-2024 5 396
Azərbaycan millisinin baş məşqçisi indi də deyir ki...

"Ən yaxşı nəticəyə köklənmişdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın güləş millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləşçi Giorgi Meşvildaşvilinin bürünc medal qazanaması ilə bağlı danışarkən deyib:

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq. Mütəxəssis uğurlu nəticəni dəyərləndirib:

"Məşqçilər korpusunda dünya və olimpiya mükafatçıları var, hamı maksimalistdir. Uşaqları maksimum dərəcədə hazırlamışdıq.

Gerisi özlərindən asılı idi. Təəssüf ki, hələlik bir bürünc medalımız var.

Təbii ki, hədəf finala çıxmaq idi. Amma alınmadı. Bununla belə bürünc medal da bir nəticədir.

Sabah daha bir bürünc medalımız ola bilər. Gələcəkdə nəticələrimizi daha da yaxşılaşdırmaq üçün çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti