"Azərbaycan səninlə fəxr edir!"

11 Avqust 2024 03:30 Paris-2024 1 062
"Azərbaycan səninlə fəxr edir!"

Azərbaycan Milli Olimpiya Komitəsi sosial şəbəkə hesabında boksçumuz Alfonso Dominqes Paris 2024 Olimpiya Oyunlarında gümüş medal qazanması ilə əlaqədar paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Boksçumuz Alfonso Dominqes Paris 2024 Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Bu nəticə onun rinqdə göstərdiyi əzm və mübarizənin göstəricisidir! Azərbaycan səninlə fəxr edir! Təbriklər, Alfonso”.

Boksçu finalda özbəkistanlı Lazizbek Mullojonova məğlub olub. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti