Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar

11 Avqust 2024 02:30 Paris-2024 1 218
Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.

Q.Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb.

Z.Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyəqədərki ən yüksək nəticəyə imza atıb.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti