Çirkli su səbəbindən məşqləri ləğv edildi - Fransada HADİSƏ

29 İyul 2024 00:00 Paris-2024 1 646
Çirkli su səbəbindən məşqləri ləğv edildi - Fransada HADİSƏ

Parisdə 2024-cü il Olimpiadasında triatlonçuların Sena çayında üzgüçülük məşqləri ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, çayda suyun çirkli olması səbəbindən üzmək mümkün olmayacaq:

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları su şəraiti kifayət qədər təminat vermədiyi üçün triatlonun təqdimat tədbirinin bir hissəsini ləğv etmək qərarına gəliblər”.

Eyni zamanda, təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmin olduqlarını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti