Süleymanov bürünc medalı qırğız Mahmudova uduzdu

8 Avqust 2024 00:00 Paris-2024 800
Süleymanov bürünc medalı qırğız Mahmudova uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi Akjol Mahmudov (Qırğızıstan) olub və rəqibinə 5:6 hesabı ilə məğlub olub.

İkiqat dünya çempionu (2022-2023), Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı və üçqat Asiya çempionu olan Mahmudov təsəlliverici görüşdə kolumbiyalı Ceyr Aleksis Kyero Munoza qalib gəlib.

Xatırladaq ki, Sənan ötən gün 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.

S.Süleymanov bu dəfə isə Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Sənan Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionudur (2020). O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA