Lamiyə Vəliyeva indi də finala vəsiqə qazandı - Paris-2024-də

6 Sentyabr 2024 01:40 Paris-2024 4 145
Lamiyə Vəliyeva indi də finala vəsiqə qazandı - Paris-2024-də

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

Sportinfo.az xəbər verir ki, idmançı 400 metr məsafəyə qaçışı 56,51 saniyəlik nəticə ilə başa vurub.

O, təsnifat mərhələsini 2-ci pillədə yekunlaşdırıb.

Məlumat üçün deyək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc müdal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi