Azərbaycan 24-cü yerdə

10 Avqust 2024 16:40 Paris-2024 752
Azərbaycan 24-cü yerdə

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.

İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti