Olimpiadanın bağlanış mərasimində kimlər oxuyacaq?

10 Avqust 2024 12:20 Paris-2024 652
Olimpiadanın bağlanış mərasimində kimlər oxuyacaq?

Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində musiqi ulduzları Billi Eiliş, Snup Dogg və Red Hot Çili Peppers çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ifaçıların bu seçimi onların növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi ABŞ-la bağlı olması ilə izah olunur.

Snup Doq Olimpiya məşəlinin estafetində iştirak edib və musiqiçi də mütəmadi olaraq müxtəlif müsabiqələrə qatılır.

Olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham edilib.

İyulun 28-də tədbirin təşkilatçıları heç kimi incitmək istəmədiklərini bildirərək üzr istəyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti