Azərbaycan boksçusu Paris-2024-də finalı uduzdu - FOTOLAR

10 Avqust 2024 01:00 Paris-2024 906
Azərbaycan boksçusu Paris-2024-də finalı uduzdu - FOTOLAR

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb.

Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti