Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin finalı başa çatıb.
Sportinfo.az xəbər verir ki, həlledici matçda Fransa və İspaniya yığmaları üz-üzə gəlib.
“Park des Princes” stadionunda keçirilən qarşılaşmada hesabı 11-ci dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Enzo Milhaud açıb.
18-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fermin Lopes Martin fərqlənib və 7 dəqiqə sonra dubl edib. 28-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Aleks Baena cərimə zərbəsini mükəmməl yerinə yetirib.
79-cu dəqiqədə yarımmüdafiəçi Maqnes Akliuş Fransa millisində fərqi azaldıb. 90+3-cü dəqiqədə fransalı hücumçu Jan-Filip Mateta penaltidən hesabı bərabərləşdirib - 3:3.
İspaniya millisinə qələbəni 100-cü və 120+1-ci dəqiqələrdə fərqlənən hücumçu Serxio Kamello gətirib - 5:3.
Fransa – İspaniya 3:5
Qollar: Enzo Miyo, 11 (1:0), Fermin Lopez, 18 (1:1), 25 (1:2), Aleks Baena, 28 (1:3), Maqnes Akliuşe, 79 (2:3), Jan-Filipp Mateta, 90+3 - pen. (3:3), Serxio Kamelyo, 100 (3:4), 120+1 (3:5)

