“Biz bütün riskləri ölçüb-biçəndən sonra anladıq ki, ən yaxşı qərar imtina etmək olacaq”

10 Avqust 2024 00:10 Paris-2024 795
“Biz bütün riskləri ölçüb-biçəndən sonra anladıq ki, ən yaxşı qərar imtina etmək olacaq”

İsveçli üzgüçü Viktor Yohansson Sena çayında suyun keyfiyyətinə görə Paris Olimpiadasında on kilometrlik açıq suda üzgüçülük yarışından imtina etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Dagens Nyheter” məlumat yayıb.

Bildirilir ki, bu tövsiyəni idmançıya İsveç Olimpiya Komitəsinin tibbi qərargahı verib.

“Biz onların tövsiyələrini və bütün riskləri ölçüb-biçdikdən sonra anladıq ki, ən yaxşı qərar üzgüçülükdən imtina etmək olacaq”, - o bildirib.

Əvvəllər bir neçə triatlonçu Senada üzdükdən sonra mənfi nəticələrlə üzləşmişdi. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını açıqlayıb.

Həmçinin belçikalı triatlonçu Kler Mişel Senada üzdükdən sonra xəstəxanaya yerləşdirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti