Azərbaycanı təmsil etdi, yarımfinalda uduzdu - Paris-2024

10 Avqust 2024 00:00 Paris-2024 824
Azərbaycanı təmsil etdi, yarımfinalda uduzdu - Paris-2024

125 kq çəkidə yarışan Azərbaycan milli komandasının sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatlarının bürünc mükafatçısı Giorgi Meşvildişvili mübarizəyə 1/8 finaldan başlayıb.

32 yaşlı milliləşdirilmiş gürcüstanlı legionerin rəqibi Misiri təmsil edən beşqat Afrika çempionu Kamal Diaalyeldin Abdelmottaleb (31) olub.

Giorgi Meşvildişvili qələbə qazanaraq (4:0) 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Monqolustan idmançısı, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı, Asiya çempionu (2023-cü il) Munxtur Lxaqvarqerel (26 yaş) olub.

Görüş güləşçimizin 12:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz 1/2 finala yüksəlib.

O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb. Petriaşvili üçqat dünya, ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc (Rio-2016) və gümüş (Tokio-2020) mükafatçısıdır. Təmsilçimiz 0:7 hesabı ilə uduzub.

O, bürünc medal uğrunda yarışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti