Hacı Əliyevin Olimpiya Oyunlarında ilk rəqibi məlum oldu

9 Avqust 2024 18:20 Paris-2024 1 193
Hacı Əliyevin Olimpiya Oyunlarında ilk rəqibi məlum oldu

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.

Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA