Turan Bayramov Olimpiadaya məğlubiyyətlə başladı

9 Avqust 2024 15:40 Paris-2024 964
Turan Bayramov Olimpiadaya məğlubiyyətlə başladı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!