Azərbaycanın sərbəst güləşçisi startda qələbə qazandı - Paris-2024

9 Avqust 2024 15:20 Paris-2024 1 014
Azərbaycanın sərbəst güləşçisi startda qələbə qazandı - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki,125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA