Millinin 6 xalı silindi, 3 məşqçi 1 illik futboldan uzaqlaşdırıldı - DRON QALMAQALI

29 İyul 2024 10:20 Paris-2024 1 051
Millinin 6 xalı silindi, 3 məşqçi 1 illik futboldan uzaqlaşdırıldı - DRON QALMAQALI

FIFA Paris-2024-də iştirak edən Kanadanın qadın futbol komandasına ağır cəza verib.

Sportinfo.az xəbər verir ki, yığmanın qrup mərhələsində 6 xalı silinib.

Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Ağır cəzanın verilməsinin səbəbi Kanada seçməsinin məşqçiləridir. Belə ki, onlar qrupda rəqibləri olan Yeni Zelandiya millisinin məqşini dron vasitəsilə çəkiblər. Bu isə qaydalara ziddir.

Millinin xalının silinməsi ilə yanaşı Kanada Futbol Federasiyası 200 min İsveçrə frankı məbləğində cərimə olunub.

Bundan başqa, 3 məşqçiyə 1 illik futboldan uzaqlaşdırma cəzası verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA