Daha 2 cüdoçumuz Paris-2024-də uğursuzluq yaşadı

28 İyul 2024 13:35 Paris-2024 1 248
Daha 2 cüdoçumuz Paris-2024-də uğursuzluq yaşadı

Paris-2024 Yay Olimpiya Oyunlarının 2-ci günündə Azərbaycan milli komandasının daha iki cüdoçusu mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, ilk olaraq tatamiyə 66 kq. çəki dərəcəsində yarışan Yaşar Nəcəfov çıxıb.

1/16 finalda onun rəqibi Serbiya cüdoçusu, Avropa çempionatının bürünc mükafatçısı Strahinya Bunçiç olub. Bunçiç vaza-ari xalı ilə qalib gəlib (1:0).

Daha sonra mübarizəyə 1/16 finaldan Azərbaycanın daha bir idmançısı - qadın cüdoçu, 24 yaşlı Gültac Məmmədəliyeva başlayıb.

52 kq. çəki dərəcəsində yarışan Məmmədəliyevanın rəqibi ABŞ-ı təmsil edən Anjelika Delqado olub. 33 yaşlı Delqado Panamerikan oyunlarında bir neçə dəfə gümüş və bürünc medal qazanıb.

Delqado əlavə vaxtda qızıl 1 xal qazanaraq 18/ finala yüksəlib. Məmmədəliyeva isə mübarizəni başa vurub. Bu zaman onun hönkür-hönkür ağlaması diqqətdən qaçmayıb.

Beləliklə, Paris-2024-də elə ilk görüşlərində uduzaraq mübarizəni dayandıran Azərbaycan cüdoçularının sayı 4-ə çatıb

Paris-2024-ün ilk günündə mübarizəyə qoşulmuş Azərbaycan cüdoçuları Leyla Əliyeva (48 kq) və Baləbəy Ağayev (60kq) də ilk görüşlərində uduzaraq yarışı erkən tərk etməklə medalsız başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti