Azərbaycanın 3 idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Sportinfo.az xəbər verir ki, ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) 1/8 finalda kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Kruzla qarşılaşıb və qələbə qazanıb.
1/4 finala vəsiqə əldə edən 29 yaşlı idmançı növbəti görüşünü qazaxıstanlı Aybek Oralbaya qarşı keçirəcək.
Cüdo yarışları isə Azərbaycanın tatami ustaları üçün uğurlu alınmayıb. Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk mərhələdə rəqiblərinə uduzmaqla turnirlə vidalaşıb.
Cüdo
1/16 finalda Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib. Bunçiç vaza-ari xalı ilə Nəcəfova qalib gəlib (1:0).
Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə qarşılaşıb. Delqado əlavə vaxtda qızıl 1 xal qazanaraq 18/ finala yüksəlib. Məmmədəliyeva isə mübarizəni başa vurub.
Boks
Boksçularımızdan dünya çempionu Alfonso Dominges (92 kq) mübarizəyə 1/8 finaldan qoşulub. Onun rəqibi ikiqat Olimpiya, beşqat dünya çempionu olan Xulio Sesar la Krus olub (Kuba). Dominges güclü rəqibinə qalib gələrək 1/4 finala yüksəlib.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan yarış- 48 idmançı ilə qatılıb. Onlardan 4-ü artıq mübarizəni medal qazanmadan dayandırıb.

