Azərbaycan təmsilçisi ikiqat çempiona qalib gəldi

29 İyul 2024 00:50 Paris-2024 966
Azərbaycan təmsilçisi ikiqat çempiona qalib gəldi

Azərbaycanın boks üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, bir bokçumuz rinqə çıxıb.

Bu, 2021-ci ildə dünya çempionu adını qazanmış Alfonso Domingesdir (92 kq).

O, turnirə 1/8 finaldan başlayıb. Domingesin rəqibi isə Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krus olub.

Sesar Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionudur.

Dominges 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Dominqesin növbəti döyüşü avqustun 1 olacaq. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA