Hidayət Heydərov “ippon”la yarımfinala yüksəldi - Olimpiadada

29 İyul 2024 15:40 Paris-2024 1 268
Hidayət Heydərov “ippon”la yarımfinala yüksəldi - Olimpiadada

Azərbaycanın təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

3 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib.

Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.

Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olub.

30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.

H.Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq. Akil Qyakova 2021-ci ildə Avropa çempionu olub.

Cüdo yarışlarına bu gün yekun vurulacaq. Medal uğrunda görüşlər isə Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?